Eboladan ölüm göstəricisi 70 faizə çatdı

14 Oktyabr 2014 21:53 (UTC+04:00)
İnterfaksın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında qeyd olunur.

Bundan əvvəl epidemiyanın hazırkı mərhələsində ölüm hallarının 60 faiz təşkil etdiyi bildirilirdi. Ümumilikdə isə, Ebola virusuna yoluxmuş xəstələr arasına ölüm göstəricisi 90 faizə çata bilər.

Qeyd edək ki, 2014-cü ilin fevralından bu vaxtadək 4400 nəfər Ebola virusunun qurbanı olub. Epidemiya əsasən Liberiya, Syerra-Leone, Nigeriya və Qvineyanı əhatə edib.