Bakıda 75 yaşlı kişini maşın öldürdü

15 Oktyabr 2014 09:08 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu məlumatı Yasamal Rayon Polis İdarəsi yayıb.

Hadisə Zərdabi prospekti, 87 saylı ünvanın qarşısında baş verib. 1967-ci təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi "Mercedes" markalı "90-GO-582" dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 70-75 yaşlı kişini vurub.

Naməlum piyada 4 saylı təcili tibbi yardım stansiyasının həkim briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, kişi aldığı ciddi xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


AzNews.az