Honq Konqda yenidən toqquşma oldu – 40 nəfər tutuldu

15 Oktyabr 2014 10:24 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda informasiyanı BBC agentliyi yayıb.

Xəbərdə deyilir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.

Qarşıdurma zamanı 40-dək etirazçı həbs olunub. Bir neçə insanın xəsarət aldığı bildirilir.

Çərşənbə günü televiziya ilə yayımlanan görüntülər əli qandallı etirazçının polislər tərəfindən döyüldüyünü əks etdirib.

Polis qüvvələrinin rəhbəri Lai Tung-kwok videodakı polis zabitlərinin hazırkı vəzifələrindən azad olunacağını deyib.

Nümayişçilər 2017-ci ildə Honq Konq rəhbərinin seçkisində namizədlərin Çin höküməti tərəfindən təsdiqlənməsi qaydasına etiraz edirlər.

Etirazçıların çoxu tam azad seçkilər tələbilə çıxış edən Occupy Central adlı hərəkatın fəallarıdır.

Onlar iki həftədən artıqdır ki, şəhərin müxtəlif hissələrində aksiyalar təşkil edirlər.

Çin hökuməti Honq Konqdakı etirazları "qeyri-qanuni" adlandırıb.