Rusiya Aya pilotlu aparat göndərəcək – 2030-cu ildə

15 Oktyabr 2014 11:09 (UTC+04:00)


"Rusiya uzaq kosmosun mənimsənilməsi proqramını hazırlayıb. Hazırlanan proqram 2030-cu ildən sonra Aya pilotlu uçuşun həyata keçirilməsini nəzərdə tutur".

AzNews.az xəbər verir ki, bunu Rusiya Kosmik Agentliyinin rəhbər müavini Denis Lıskov bildirib.

Lıskov "Açıq innovasiyalar" forumunun gedişində məlumat verib ki, bu sənəddə Aya pilotlu və Marsa pilotsuz uçuşlar yer alıb.

Rusiya Kosmik Agentliyinin rəhbər müavini əlavə edib ki, proqram hökumətə müzakirə üçün göndərilib.

"Bu proqram həmçinin Hərbi-sənaye komissiyasının elmi-texniki şurasında da müzakirə olunub və bəzi düzəlişlər edilib. Biz sənədin son variantını yenidən hökumətə göndərəcəyik".

Aydan Axundova
AzNews.az