İtkin düşən şəxs meşədə asılmış vəziyyətdə tapıldı

15 Oktyabr 2014 11:36 (UTC+04:00)


Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, bu il sentyabr ayının 26-da itkin düşən İsmayıllı rayonunun Diyallı kənd sakini Məhəmməd Kərimovun meşə zolağında ağacdan asılmış vəziyyətdə olan qismən çürüməyə məruz qalan meyiti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.