Ukrayna hərbçiləri mühasirəyə düşdü – Ölənlər var
15 Oktyabr 2014 14:34 (UTC+04:00)
AzNews.az xəbər ki, bunu Luqansk şəhər administrasiyasının rəhbəri Gennadi Moskal deyib.
Onun sözlərinə görə, hazırda 100-dən çox ukraynalı hərbçi separatçıların mühasirəsindədir.
Ukraynalı hərbçilər ərazidə baxış aparan zaman onları separatçılar qəfildən mühasirəyə salıb. Ukrayna ordusu əldə olunmuş razılığı nəzərə alaraq separatçıların hücum edəcəyinə ciddi reaksiya verməyib. Ancaq hadisə zamanı xeyli sayda ukraynalı əsgərin öldüyü deyilir.
G.Moskal həmçinin bildirib ki, ATƏT nümayəndələri qondarma qurumun rəhbərliyi ilə danışıqlar aparmaq istəsə də separatçılar onlarla danışıqlardan imtina edib.
Xəyal Əzizov
AzNews.az