Rusiya Aralıq dənizində hərbi təlimlərə başlayır

15 Oktyabr 2014 18:27 (UTC+04:00)


Axar.az RİA Novosti-yə istinadla bildirir ki, birinci ranqın kapitanı Vadim Serqanın bildirdiyinə görə, Aralıq dənizinin şərq rayonlarına keçərkən "Vitse-admiral Kulakov" QBG (Qayıqəleyhinə Böyük Gəmilər) və "Novoçerkassk" BDG (Böyük Desant Gəmisi) birgə manevr etmək tapşırığını işləyib hazırlayacaqlar.

Donanmalararası qarşılıqlı fəaliyyət elementlərinin işlənib hazırlanması – Rusiya HDD gəmilərinin ekipajının uzaq yürüşlərdə həll edəcəyi ən mühüm vəzifələrdəndir.

Rusiya 2013-cü ilin martında Aralıq dənizi regionuna Sakit okean donanmasının gəmi dəstələrini göndərərək Aralıq dənizi eskadrasının yaradılmasına başlayıb. Hazırda Aralıq dənizi qruplşmasının tərkibində rotasiya əsasında Sakit okean, Şimal, Baltik və Qara dəniz donanmalarının gəmiləri fəaliyyət göstərir. Aralıq dənizi eskadrasının maddi-texniki təchizatı əsasən Tartusdakı (Suriya) stasionar məntəqənin yardımı ilə həyata keçirilir.