SENSASİYA: Vampir aşkar edildi - FOTOLAR

16 Oktyabr 2014 08:58 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu barədə arxeoloq N.Ovçarov özü məlumat verib: "Şübhəsiz ki, basdırılma zamanı antivampir ayini həyata keçirilib".

Ehtimal olunur ki, ölən zaman 40-50 yaşlarında olan kişinin ölümdən sonra dirilməməsi üçün sinəsinə dəmir çubuq keçirilib. Bir qayda olaraq, belə bir ayin qeyri-adi şəraitdə ölən insanlara, xüsusilə intihar edən şəxslərə qarşı tətbiq edilib.

Sofiyada Milli Tarix muzeyinin rəhbəri Bojidar Dimitrov təkid edir ki, Bolqarıstanda qazıntılar zamanı orta əsrlərə aid 100-ə yaxın "vampir" skeleti aşkar edilib.






Aydan Axundova
AzNews.az