“Müsavatdakı son olaylarla barışa bilmədik” – İstefa verənlər

16 Oktyabr 2014 09:19 (UTC+04:00)


Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının Tovuz Rayon Təşkilatının sədr müavini Əsəd Məmmədli bildirib.

E.Məmmədli hesab edir ki, Müsavat Partiyasında qurultaydan əvvəl və sonra baş verən proseslər demokratik prinsiplərə söykənməyib: "Biz Tovuz Rayon Təşkilatı olaraq tam tərkibdə bəyanat verdik və Müsavatdan getdik. İstefa bəyanatında heç bir qaranlıq məqam yoxdur. Hər şeyi açıq yazmışıq. Qurultay ərəfəsi və ondan sonrakı proseslər bizi qane etmədi. Buna görə də istefa verdik. Mən 26 ildir ki, hərəkatdayam. Həyatımın 26 ilini hərəkata həsr etmişəm. Müsavatın son hadisələrində demokratik prinsiplər pozulduğundan biz bununla barışa bilmədik. Əslində bizim amalımız Azərbaycanda demokratiyanı bərpa etməkdir. Bizsə son proseslərdə qüsurlar gördüyümüzdən fəaliyyətimizi müsavatçılıq ideyalarına söykənərək mübarizəmizi müstəqil şəkildə davam etdirmək qərarına gəldik".

Bahar RÜSTƏMLİ
AzNews.az