Rusiyanın iki gəmisi Bakıya gəldi

16 Oktyabr 2014 10:36 (UTC+04:00)


AzNews.az xəbər verir ki, səfər çərçivəsində gəmilərin komandanlığının və şəxsi heyətinin Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəyi, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı ilə görüşəcəyi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacağı gözlənilir.

Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.


AzNews.az