Dünyanın 2 təhlükəsinin adı açıqlandı

16 Oktyabr 2014 15:45 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bunu BMT-nin insan haqları üzrə komissarı Zeid Raad al-Hussein bildirib.

Onun fikrincə, bu iki təhlükə dünyanın etinasızlığı sayəsində baş qaldırıb.
Al-Hussein BMT-nin insan haqları üzrə komissarı kimi ilk dəfə mətbuat konfransı keçirib və deyib ki, onun idarəsi Ebola xəstəliyi ilə mübarizədə bələdçi rolunu oynayacaq qaydalar hazırlayır.

Komissar İslam Dövləti yaraqlılarını isə potensial soyqırımı hərəkatı adlandırıb: "Bu qruplaşma insan haqlarının tam əksidir, onlar öldürür, işgəncə verir, onların ədaləti öldürməkdir".