Səsvermə təkrar keçirilir- Türkiyə gözləyir
16 Oktyabr 2014 19:50 (UTC+04:00)
Türkiyə də 2009-2010-ci ildə üzv olduğu BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə təkrar namizədliyini verib. Qərbi Avropa və digər qrup üçün iki yer ayrılmışdı. İki yer uğrunda Türkiyə, İspaniya və Yeni Zelandiya yarışır.
BMT Ümumi Qurumunda keçirilən səsvermədə bir ölkənin Təhlükəsizlik Şurasına seçilməsi üçün səslərin ən azı üçdə ikisini alması lazımdır. 193 ölkənin hamısının iştirak etdiyi səsvermədə ən azı 129 səs toplanmalıdır.
Qeyd edək ki, keçirilən ilk səsvermədə namizəd olan 3 ölkə lazım olan səsi toplaya bilməyib və buna görə də təkar seçkilər keçiriləcək.
Yeni Zelandiya - 145
Türkiyə - 109
İspaniya - 121