Bu gün “Qarabağ“ “Qəbələ“ni sınağa cəkəcək

17 Oktyabr 2014 10:03 (UTC+04:00)


AzNews.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşmanın keçiriləcəyi nəzərdə tutulub.

"Sumqayıt" doğma meydanında Bakının "Neftçi" klubunu, Avropa Liqasının qrup mərhələsində oynayan "Qarabağ" isə Tofiq Bəhramov adına Respublika stadionunda Qəbələnin eyniadlı komandasını qəbul edəcək.

17 oktyabr (cümə)

16:00. "Sumqayıt" – "Neftçi"

Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Feyzulla Feyzullayev

Sumqayıt şəhər stadionu.

19:30. "Qarabağ" – "Qəbələ"

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev

Tofiq Bəhramov adına Respublika stadionu.