Siyavuş Novruzov: “Naxçıvanla bağlı qərar qəbul olunsun”

17 Oktyabr 2014 10:47 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, müstəqiliiyə gedən yolun əsası Naxçıvan Muxtar Respublikasından başlayıb. Odur ki, Naxçıvanla bağlı qərar qəbul olunmalıdır:
"Bildiyiniz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bu il Naxçıvan Muxtar Respublikasının 90 illiyinin geniş şəkildə qeyd olunur. Bu il həm Naxçıvanın 90 illiyi, həm də müstəqillik tariximizin ildönümü qeyd edildiyini nəzərə alaraq bu sahədə müəyyən addımlar atılmalıdır. Ümumilli lider orada Ali Məclisin sədri olan dövrdə ilk dəfə Sovet Sosialist Respublikası sözü həmin şəhərin Ali Məclisində çıxarılıb. Eyni zamanda Azərbaycanın 3 rəngli bayrağı məhz Naxçıvanda qaldırılıb. Həmrəylik günü məsələsi orada qaldırılıb və həllini taparaq Milli Məclisdə də bu məsələyə baxılaraq qəbul edilib. Bütövlükdə müstəqillik dövrünün 24 ilini blokada şəraitində yaşayan Naxçıvana "Qəhrəman şəhər" adı verilməlidir. Leninqradın o vaxt 4 illik blokadasına görə Qəhrəman şəhər" statusu verildi. Hesab edirəm ki, Leninqrad 4 il blokadada qalaraq bu statusu alıbsa, Naxçıvan 24 ildir blokadada yaşayır. Bu baxımdan bu il Naxçıvanın 90 illiyi, həm də müstəqilliyimizin ildönümünü nəzərə alaraq parlamentdə məsləhətləşmələr aparılıb Naxçıvan haqqında hər hansı bir qərar qəbul etməyinizi təklif edirəm. Bu da Naxçıvanın daha güclənməsinə bir töhfə olar"-deyə Siyavuş Novruzov bildirib.


AzNews.az