"Əlillər təhsil haqqından azad olunsun" - Təklif

17 Oktyabr 2014 11:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu təkliflər Milli Məclisdə millət vəkili Qənirə Paşayeva çıxış edib. Deputat ali məktəblərə daxil olan I və II qrup əlillərin təhsil haqqından azad olunmasını təklif edib:

Dövlətin hər zaman əlillərə və sağlamlıq imkanları məhdud olanlara diqqət və qayğı göstərdiyini qeyd edən millət vəkili ali məktəblərə ödənişli əsaslarla daxil olan I və II qrup əlillərin təhsil haqqından azad edilmələrinin yaxşı addım ola biləcəyini deyib.
Millət vəkilinin fikrincə, bu addım ali təhsil müəssisələrinə üz tutan əlil gənclərinin ödəniş problemini həll etməklə yanaşı, yüzlərlə əlil gəncin ali təhsilə meyilinin artmasına və deməli, gələcəyinin təminatına, inkişafına, həyata daha çox sarılmasına önəmli dərəcədə təsir edər.


AzNews.az