“Araz” futzal komandasının rəqibləri bu gün bəlli olacaq

17 Oktyabr 2014 12:38 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Bakı vaxtilə saat 17:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimindən əvvəl Naxçıvan təmsilçisinin bir rəqibinin adı əvvəldən bilinir. İki dəfə (2010, 2014) "Dördlər finalı"nın bürünc mükafatçısı olmuş "Araz"ın məlum olan ilk rəqibi Çexiyanın "Xrudim" klubudur. Elit mərhələnin oyunları məhz Xrudim şəhərində keçiriləcək.

Elit mərhələdə 4 qrup yarışacaq. Qaydalara görə, əsas mərhələdə bir qrupda mübarizə aparmış komandalar elit mərhələdə bir qrupda yer ala bilməz.

Qeyd edək ki, yeni baş məşqçi Faustino Peresin rəhbərliyi altında "Araz" bu mövsüm UEFA Kubokunda mübarizəyə noyabrın 18-də start verəcək. Noyabrın 23-dək müəyyənləşəcək qrup qalibi aprelin sonlarında keçiriləcək "Dördlər finalı"na birbaşa vəsiqə qazanacaq.