Düşmənlərini məsciddə güllələdi

17 Oktyabr 2014 18:29 (UTC+04:00)
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hücumu 40 illik qan davası üzündən həyata keçirdiyi önə sürülən Həsən Şahin isə qaçdıqdan sonra tapança ilə öz başına atəş açaraq intihara cəhd edib.

Hadisə bu gün Türkiyə vaxtilə saat 12.30 radələrində Kocaali rayonu, Demiracma məhəlləsindəki məsciddə baş verib. Əmioğlular Abuzər və Burhanettin Çingiz cümə namazını qılmaq üçün məscidə gəlib. Namaz saatını gözləyən əmioğlulara arxadan yaxınlaşan Həsən Şahin yaxın məsafədən boyunlarına bir dəfə atəş edərək qaçıb. Cümə namazı qılmaq üçün azanın oxunmasını gözləyən camaatın xəstəxanaya çatdırmaq üçün səfərbər olduğu əmioğlulardan Burhanettin Çingiz hadisə yerində dünyasını dəyişib. Digər yaralı Abuzər Çingiz isə əvvəl Kocaali Dövlət Xəstəxanasına, buradan da Adapazarındakı Sakarya Təhsil və Araşdırma Xəstəxanasına aparılaraq müalicəyə alınıb. Hücumu törətdikdən sonra qaçan Həsən Şahin isə bir müddət sonra başına tapança atəş açaraq intihara cəhd edib. Ancaq güllən başını dəlib keçməsi nəticəsində yaralanan Həsən Şahin də Adapazarındakı Sakarya Təhsil və Araşdırma Xəstəxanasına qaldırılıb. Həsən Şahinin 1974-cü ildə 5 yaşında olarkən atasının öldürülməsinə görə Burhanettin Çingiz və əmioğlusu Abuzər Çingizi təqsirkar bilib, təcavüzü bu səbəbdən reallaşdırdığı irəli sürülüb.