Azərbaycan çempionatı Sumqayıta “köçür”
19 Sentyabr 2012 11:03 (UTC+04:00)
Futbol üzrə Azərbaycan premyer-liqasının 6-cı turunun oyun cədvəli açıqlanıb. Ölkəmizdə keçirilən Qızlar arasında dünya çempionatı ilə əlaqədar olaraq, bu dəfə oyunlar 23-25 sentyabr tarixlərində keçiriləcək. Beləliklə, qarşılaşçaların proqramı aşağıdakı kimidir:
23 sentyabr (bazar)
AZAL – "İnter"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 16:00
"Turan" – "Qarabağ"
Tovuz şəhər stadionu. Saat 16:00
24 sentyabr (bazar ertəsi)
"Simurq" – "Kəpəz"
Zaqatala şəhər stadionu. Saat 18:00
"Qəbələ" – "Rəvan"
Qəbələ şəhər stadionu. Saat 17:00
"Sumqayıt" – "Neftçi"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 17:00
25 sentyabr (çərşənbə axşamı)
"Xəzər Lənkəran" – "Bakı"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 17:00
Emin Abbasov
AzNews.az