ABŞ-da Azərbaycanın müstəqillik günü ilə bağlı bəyanat qəbul olundu

18 Oktyabr 2014 07:26 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumat Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilib.

Xəbərdə deyilir ki, bu əlamətdar gün münasibətilə Azərbaycan xalqının təbrik olunduğu həmin bəyanatda həmçinin 23 il əvvəl müstəqillik yolunu seçmiş Azərbaycanın artıq beynəlxalq aləmdə öz yerini tutduğu göstərilir və müxtəlif mədəniyyətlərin bir araya gəldiyi Azərbaycanın qədim memarlıq, ədəbiyyat, musiqi ənənələri və folklor rəqs nümunələrinin qorunub, saxlanması ilə məşhur olduğu açıqlanır.

Miluoki Dairəsinin rəhbərinin imzaladığı sənəddə bundan əlavə ölkəmizin Qafqaz dağları, Xəzər dənizi və eləcə də Yanar dağın təcəssüm etdirdiyi füsunkar mənzərələrə malik olduğu bəyan edilir.