Pentensiar Xidmət: “Əli İnsanov ölməyib”

19 Sentyabr 2012 11:45 (UTC+04:00)
Bu gün cəmiyyətdə və bəzi mətbuat orqanlarında hazırda həbsxanada olan sabiq səhiyyə naziri Əli İnsanovla bağlı xəbər yayılıb.

Belə ki, keçmiş nazirin həbsxanada ölməsi bildirilib. Yayılan informasiyanın nə dərəcədə doğru olduğunu öyrənmək üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Pentensiar Xidməti ilə əlaqə saxladıq.

Pentensiar Xidmətindən (PX) AzNews.az-a verilən məlumata görə, bu, doğru xəbər deyil. PX-in əməkdaşı Mahir Ələsgərov məlumatın sadəcə şaiyə və əsassız olduğunu bildirib.

Sevinc
AzNews.az