Meşədən üzü dağılmış kişi meyiti tapıldı

18 Oktyabr 2014 16:09 (UTC+04:00)


ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Nəcəf kəndi yaxınlığında yerləşən meşə massivindən, 8 hektar adlanan ərazidən kişi meyiti tapılıb. 20-25 yaşlarında olduğu ehtimal olunan meyitin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Meyitin sağ əlində döymə üsulu ilə "Adik" yazılıb. Sol çiynində isə tac işarəsi təsvir olunub. Meyiti ətrafda yaşayan sakinlər tapıb. Onun üzərində geyim olmayıb. Aşkar olunan şəxsin boyu 168 sm-dir. Onun ayağında tünd rəngli, qalın kişi corabı olub.

Meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi üçün müvafiq axtarış-əməliyyat tədbirləri aparılır.

Bu şəxsi tanıyanlardan Daxili İşlər Nazirliyinin 102 xidmətinə və yaxud Xaçmaz rayon Polis Şöbəsinə (023) 325 53 56 nömrəsinə məlumat vermələri xahiş olunur.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.