Müdafiə naziri təsdiqləndi
18 Oktyabr 2014 18:34 (UTC+04:00)
ANS PRESS-in məlumatına görə, parlament sünni qanunverici Xalid Əl-Obeydini müdafiə naziri, şiə qanunverici Məhəmməd Əl-Qəbbanı isə daxili işlər naziri vəzifəsinə təyin edib.
Bu iki nazirliyin nəzarəti uğrunda siyasi partiyalar arasında uzun zaman idi ki mübahisə gedirdi.
ABŞ və digər ölkələr İraqda sünniləri də təmsil edəcək hökumətin təşkilinə çağırırdı.
Qanunvericilər nazirlər kabinetinin əksər hissəsini ötən ay təsdiq edib.
Bu arada Bağdadda silsilə bomba hücumları nəticəsində 24 adam həlak olub. Hücumlardan biri şiə məhəlləsi Bələdiyyatda həyata keçirilib. Hücumların məsuliyyətinə üzərinə alan olmayıb.