Hacıqabulda dəhşətli qəza: Ər-arvad yanaraq öldü

18 Oktyabr 2014 18:55 (UTC+04:00)


APA-nın bölgə müxbirinin verdiyi məlumata görə, nəticədə dirək avtomobilin üstünə aşıb. Hadisə zamanı avtomobil elektrik naqillərdən alovlanıb.

Hadisə nəticəsində avtomobildə olan ər-arvad yanaraq ölüb.

Ölən şəxslərin kimliyi müəyyənləşdirilib. Onlar, 1955-ci il təvəllüdlü Abdullayev Ayət Həsən oğlu və 1960-cı il təvəllüdlü Avdullayeva Seyranədir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.