Binanın fasadı “Juquli”nin üstünə uçdu - FOTOLAR

19 Oktyabr 2014 16:39 (UTC+04:00)

AzNews.az xəbər verir ki, belə fəsadlardan biri də Xırdalan şəhərində baş verib. Güclü külək şəhərin Qalubiyyə küçəsində inşa edilən hündür mərtəbəli binanın fasadını uçurub və tikinti materiallarını yerə atıb.

Xoşbəxtlikdən gediş-gəliş sıx olan bu küçədə xəsarət alan olmayıb, lakin binanın yaxınlığında park edilən 10- CP-155 dövlət nömrə nişanlı VAZ 21-07 markalı avtomobil möhkəm əzilib. Beləliklə tikintidə təhlükəsizlik qaydalarına əməl olunmadığına görə, avtomobil sahibinə maddi ziyan dəyib.

Azər
AzNews.az