Timoşenko qayıdır

19 Sentyabr 2012 12:24 (UTC+04:00)


Hazırda həbsdə saxlanılan və qalmaqallar yaradan Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun səhhətində irəliləyişlər yaranıb.

AzNews.az-ın məlumatına görə, həbsdə ilk aylarda aldığı stress və çətin həyat tərzi nəticəsində onun səhhətində ciddi problemlər yaranmışdı.

Elə bu üzdən də Timoşenko xəstəxanaya aparılmışdı. Rusiya mətbuatının məlumatına görə, indi onun səhhəti yaxşılaşıb və o, artıq tək yeriyir, qidalanır.

Ədil
AzNews.az