Obamanı dinləməkdən imtina etdilər – Merilenddə

20 Oktyabr 2014 11:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama gözlənilmədən Demokrat partiyasında qubernator vəzifəsinə namizəd Entoni Brauna dəstək üçün təşkil edilən mitinqdə görünüb.

Obama çıxışı zamanı əhalini Entoni Brauna səs verməyə çağırıb: " Siz səs verməlisiniz. Heç bir bəraət ola bilməz. Gələcək bizdən asılıdır". Lakin ştatın sakinləri bu zaman zalı tərk etməyə başlayıblar. Bir nəfərin Obamaya suallar verərək nitqini kəsməsi isə böyük çaxnaşmaya səbəb olub.

Siyasətçilərin fikrincə, Obamanın namizəd Brauna dəstəyi o qədər də vacib sayılmır. Belə ki, sorğuya əsasən o, öz rəqibi respublikaçı Larri Xoqanı böyük fərqlə üstələyir. Demokrat partiyasından olan namizədlərin çoxu seçki öncəsi təşkil edilən tədbirlərdə Barak Obamanın iştirakından çəkinirlər, çünki prezidentin reytinqi son zamanlarda kəskin şəkildə aşağı düşüb.


Aydan Axundova
AzNews.az