Elşad Xose: “Biz boşanan deyilik”

19 Sentyabr 2012 12:48 (UTC+04:00)
Bir neçə gündür ki şou gündəmini zəbt edən Oksana ilə Elşad Xosenin ayrılmaq xəbərlərinə ikincidən aşıqlama gəldi. AzNews.az-lə telefon əlaqəsi saxlayan Elşad, bu xəbərlərin şayiə olduğunu bildirib: "Hardan çıxardırlar bu xəbərləri? Biz evlənməmişik ki, boşanaq. Oksana yanımdadır.

Ailə münasibətimiz çox yaxşı gedir. Gözü götürməyənlər özlərindən şayiələr çıxardırlar. Heç kim, heç yerə ərizə təqdim etməyib. Kim də boşansa, biz boşanan deyilik."

Elşad bizimlə danışarkən Oksananın da səsi telefona gəlirdi. Oda hər şeyin yaxşı olduğunu deyirdi.

Əminə
AzNews.az