Maştağa sakini özünü güllələdi

20 Oktyabr 2014 12:06 (UTC+04:00)


Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 19-da Zeytun Sovxozunun ərazisində qeydə alınıb.

Maştağa qəsəbə sakini Səfər Misirli gözətçi işlədiyi Zeytun Sovxozunun ərazisində ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən ölüb. Hadisə yerindən müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.