“Real Madrid”in yeni stadionunun məbləği açıqlandı

20 Oktyabr 2014 19:08 (UTC+04:00)



AzNews.az xəbər verir ki, yeni stadion 1,2 milyard avroya başa gələcək.

Klub rəhbərliyi gələn il başlaya biləcək rekonstruksiya layihəsini nəzərdən keçirsə də müxtəlif maneələr buna imkan verməyib. Əsas əngəl də Madrid administrasiyası və ekologiya komitəsi olub.

Baş verənlərdən sonra rəhbərlik yeni stadionun inşasını qərarlaşdırıb.
Qeyd edək ki, tikintiyə tələb olunan məbləğin 500 milyon avrosu BƏƏ investorları tərəfindən ödənməlidir.

AzNews.az