Jurnalistlər “Qarabağ” üçün yola düşdülər- FOTO
20 Oktyabr 2014 19:26 (UTC+04:00)
AzNews.az əməkdaşlarının da daxil olduğu 15 nəfərlik heyət qatarla Bakıdan Tiflisə, oradan isə təyyarə ilə Kiyevə yola düşəcək.
Oktyabrın 23-də keçiriləcək qarşılaşmadan öncə jurnalistlər "Olimpiyskiy" stadionuna dostluq yürüşü edəcək.
Oyun öncəsi "Qarabağ" klubunun təmsilçiləri və futbolçularımızla görüş keçiriləcək .
Azərbaycan jurnalistlərinin Kiyevə səfəri "Azərsun" brendi olan "Azərçay" və "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən maliyyələşdirilib.

AzNews.az