İŞİD Kobanidə 2 partlayış törətdi
20 Oktyabr 2014 20:30 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Anadolu agentliyi yayıb.
Xəbərdə deyilir ki, İŞİD və kürdlər arasındakı qarşıdurmalar, axşam saatlarında mahalın şərq istiqamətində gərgin anlar yaşadıb. Kürdlərin İŞİD-in sursat anbarına etdiyi hücumdan sonra İŞİD 2 nəqliyyat vasitəsini partladıb. Partlayışdan sonra yüksələn alov Suriya sərhədindəki Suruç rayonunda da görsənib.
Bu vaxt İŞİD və kürdlər bir-birlərinə çox yaxın məsafədən atəş açıblar.
ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinə aid döyüş təyyarələri də gün ərzində İŞİD hədəflərini bombalayıb.
AzNews.az