“Total” prezidentinin həlak olması xəbəri - Təsdiqləndi

21 Oktyabr 2014 07:11 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda informasiyanı "RİA novosti" agentliyi yayıb.
Xəbərdə deyilir ki, "Total" şirkəti öz prezidentinin həlak olması ilə bağlı dərin təəssübünü bildirir və onun yaxınlarına səbr arzulayır.

Qeyd edək ki, Marjerinin təyyarə qəzasında həlak olması xəbərini Vnukovo hava limanı da təsdiq edib.

Qəzanın isə "Total" neft şirkətinin uçduğu kiçik ölçülü təyyarənin qar təmizləyən maşınla toqquşması nəticəsində baş verdiyi deyilir.

Hadisə zamanı təyyarədə Kristof de Marjeridən savayı 3 nəfər ekipaj üzvü də olub. Onların hamısının öldüyü bildirilir.


AzNews.az