Təmas xəttində monitorinq keçirilib

19 Sentyabr 2012 13:54 (UTC+04:00)
Sentyabrın 19-da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Füzuli rayonunun Qaraxanbəyli kəndinin şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor keçirib.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və ofisin əlaqələndiricisi Piter Ki iştirak edib. Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

E.Əlosmanqızı
AzNews.az