Şamaxı rayonunun iki kəndinə təbii qaz veriləcək

21 Oktyabr 2014 08:28 (UTC+04:00)


AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, təbii qaz çəkilişi ilə əlaqədar Şərədil kəndində 8100 metr, Saqiyan kəndində isə 9561 metr müxtəlif diametrli borulardan istifadə olunub. Hazırda kəndlərdə qaz sayğacları quraşdırılır.

Gələn ayın axırlarında hər iki yaşayış məntəqəsinə təbii qazın verilməsi nəzərdə tutulub.
Artıq rayonun 33 yaşayış məntəqəsi üzrə 16350 abonent "mavi yanacaq"la təmin olunub ki, bu da abonentlərin 81,4 faizini təşkil edir.