AXCP: “Şakir Abbasovun fikirlərini ciddiyə almırıq”

21 Oktyabr 2014 09:20 (UTC+04:00)


Bunu AzNews.az-a Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini Fuad Qəhrəmanlı deyib.

F.Qəhrəmanlının sözlərinə görə, Ş.Abbasovun müsahibəsi ilə tanışdır: "Biz Şakir Abbasovun fikirlərini ciddiyə alsaydıq, çox güman ki, ona münasibət açıqlayardıq. Ciddi olmayan fikirlərə münasibət verilmir".

Qeyd edək ki, Şakir Abbasov AXCP-nin bir qrup şəxs tərəfindən özəlləşdiyini və həmin adamların partiyaya şəxsi mülki kimi baxdığını deyib.

Ş.Abbasov iddia edib ki, AXCP iqtidarla deyil, Müsavatla mübarizə aparır.

Bahar RÜSTƏMLİ
AzNews.az