Fransada diplomatik qalmaqal

19 Sentyabr 2012 14:12 (UTC+04:00)


Fransanın satirik jurnalında Məhəmməd peyğəmbərin karikaturasının dərc olunması ciddi narahatlıq yaradıb. AzNews.az-ın interfax.ru saytına istinadən verdiyi xəbərə görə, Fransa XİN-i 20 ölkədə səfirlikləri və Fransa məktəblərini müvəqqəti bağlamaq qərarı verib.

Fransa XİN-nin məlumatında deyilir ki, səfirliklər və Fransa məktəbləri təhlükəsizlik məqsədilə bağlanılır. Bunala belə ölkələrin adları açıqlanmayıb. Ehtimal edilir ki, əsasən müsəlman ölkələrindəki səfirliklər bağlanacaq.

Qeyd edək ki, artıq paytaxt Parisdə təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçib. Hər an kütləvi aksiyaların və ixtişaşların ola biləcəyi ehtimal edilir.

Sadiq
AzNews.az