Gənclər ATƏT-in ofisində

19 Sentyabr 2012 15:10 (UTC+04:00)
Partiyanın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, müavinləri Əhəd Məmmədli və Rauf Məmmədli ATƏT-in demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deçlə görüşüblər. Görüşdə Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun həbsi barədə müzakirə aparılıb.

T. Abbaslı N. Yaqublunun kimliyi və onun həbsinin detalları ilə bağlı ingiliscə hazırlanan məlumat bankını N. Deçə təqdim edib. Gənclər bununla yanaşı həbsin siyasi motivli olduğuna şübhələr yaradan məqamları da ATƏT təmsilçisinin diqqətinə çatdırıblar. ATƏT nümayəndəsi isə bu məsələni diqqətdə saxlayacaqlarını bildirib.

İlkin
AzNews.az