Hafiz Quliyev Firəngiz Əlizadəyə əsəbiləşib

19 Sentyabr 2012 18:30 (UTC+04:00)
Bəstəkarlar İttifaqın sədri Firəngiz Əlizadənin məlum müsahibəsinin yaratdığı qalmaqal səngimir. Qeyd edək ki, o, Azərbaycanda istedadlı rejissorların olmadığını bildirmişdi.

Məsələyə münasibət bildirən Opera və Balet Teatrının rejissoru Hafiz Quliyev Azərbaycanda istənilən qədər istedadlı rejissorların olduğunu dilə gətirdi: "Rejissor niyə yoxdur? Allaha şükür, Azərbaycanda rejissorlar istənilən qədərdir. Rejissorlar o qədər iş görür ki. Mən özüm onlarla çox iş görmüşəm. Bununla bağlı Firəngiz xanımla mütləq danışacağam".

Bahar
AzNews.az