“Hazırkı status-kvo dəyişməlidir” - Açıqlama

22 Oktyabr 2014 08:34 (UTC+04:00)


AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu haqda Aİ-nin Azərbaycandakı nümayəndəsi Malena Mard jurnalistlərə bildirib:
"Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə gözlənilən görüşü müsbət addımdır. Bu kimi yüksək səviyyəli görüşlərin keçirilməsi son dərəcə vacibdir. Bizim gözləntilərimiz hazırkı status-kvonun dəyişdirilməsi üçün irəliyə doğru addımların atılmasıdır", - deyə Malena Mard əlavə edib.