Azərbaycanda 13 aptekin fəaliyyəti dayandırıldı
22 Oktyabr 2014 10:58 (UTC+04:00)
AzNews.az APA-ya istinadən xəbər verir ki, bu məlumatı Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov yayıb.
Məlumatda deyilir ki, bu yoxlamaların 75-i planlı, 15-i isə plandankənar olub.
P. Əzizbəyov qeyd edib ki, yoxlamalar nəticəsində ölkə üzrə 13 aptekin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb və onların fəaliyyəti dayandırılıb. Nazirlik rəsmisinin sözlərinə görə, həmin apteklərlə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi ilə müvafiq cərimə protokolları tərtib edilib: "Bu gün ölkədə ümumilikdə 1857 aptek fəaliyyət göstərir. Onların yarısı özəl, yarısı dövlət müəssisələridir".