ABŞ Malalaya Azadlıq medalı verdi

22 Oktyabr 2014 13:52 (UTC+04:00)


AzNews.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, Malala 100 min dollarlıq mükafatı vətəni Pakistanda təhsilə xərcləyəcəyini deyib.

Qeyd edək ki, bu mükafatı Milli Konstitusiya Mərkəzi təqdim edir. Qurum bildirib ki, mükafat Yusufzaya "çətinliklərə qarşı göstərdiyi cəsarət və müqavimət"ə görə verilib.
17 yaşlı Malala çıxışında məktəbə getməyən 57 milyon uşağa təhsil haqqının tanınması arzusunu dilə gətirib.

Malala hazırda Londonda yaşayır. Pakistanda qızların təhsili uğrunda kampaniya ilə tanınıb. 2012-ci ilin oktyabrında Taliban silahlıları onu başından güllələyib.
2014-cü il Nobel Sülh mükafatı da Malala və hindistanlı uşaq hüquqları müdafiəçisi Kaylash Satyarthiyə verilib.