Məhəbbət Muradovun Müsavatdan qovulması təsdiqləndi

23 Oktyabr 2014 08:42 (UTC+04:00)


Bunu AzNews.az-a Müsavat partiyasının Qubadlı rayon təşkilatının sədri Nazim Əliyev deyib.

O bildirib ki, M.Muradov partiyanın nizamnaməsini pozduğu üçün Müsavatdan xaric edilib: "Dünən Müsavat partiyasının Qubadlı rayon təşkilatının şura iclası keçirilib. Məhəbbət Muradov partiya nizamnaməsini pozduğuna görə Qubadlı rayon təşkilatının sıralarından uzaqlaşdırılıb. Hüseyn Məlik çox şey iddia edə bilər. Onun iddiaları gerçək deyil. Məhəbbət Muradovu rayon təşkilatında olanlar tanıyır. Onun yetərincə qanun və nizamnamə pozuntuları var. O, islah olunan birisi olmadığı üçün yekdilliklə partiyadan çıxarılmasına qərar verilib".

Bahar RÜSTƏMLİ
AzNews.az