Ermənistanlı boksçu azərbaycanlı rəqibindən - QORXDU

23 Oktyabr 2014 15:34 (UTC+04:00)


Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 2 üzvü - Məsud Yusizadə (52 kq) və Məhəmmədəli Tahirov (+91 kq) 1/4 finalda qələbə qazanmaqla, ən azı yarışın bürünc medallarını özlərinə təmin ediblər.

Yusifzadə Gürcüstanı təmsil edən erməni əsilli Qaqik Pozoyan üzərində inamlı qələbə qazanıb – 3:0. Boksçumuz yarımfinalda bolqarıstanlı Daniel Asenovla üz-üzə gələcək.

Məhəmmədəli Tahirov isə 1/4 finalda Ermənistan boksçusu Qnel Muradyanla qarşılaşmalı idi. Ancaq işğalçı ölkə idmançısı rinqə çıxmaqdan imtina etdiyindən, həmyerlimiz yarımfinala yüksəlib.

Milli komandamızın üzvü yarımfinalda almaniyalı Peter Kadiru ilə üz-üzə gələcək.