Ögey atası tərəfindən zorlanan 14 yaşlı qız doğdu

23 Oktyabr 2014 16:39 (UTC+04:00)
ANS PRESS-in məlumatına görə, zorlanma yeniyetmə qızın hamilə qaldığı zaman məlum olub.

Belə ki, 14 yaşlı B.O. şiddətli qarınağrısı ilə anası tərəfindən həkimə aparılır. Məlum olub ki, 14 yaşlı qız 37 həftəlik hamilədir. Hamilə qız dərhal doğum şöbəsinə aparılıb. B.O. 3 kiloqram 800 qram ağırlığında oğlan uşağı dünyaya gətirib.

Qız ifadəsində bildirib ki, uşağın atası ögey atası 44 yaşlı O.K.-dir. Qız bildirib ki, O.K. onu düz bir ildir zorlayırmış.

Qızın ifadəsindən sonra O.K. saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.