Bacısının başını kəsən qızın şok etirafı- FOTO

23 Oktyabr 2014 17:15 (UTC+04:00)

ANS PRESS-in məlumatına görə, böyük bacısı Günel Nuriyevanı qətlə yetirən Pərvanə şok açıqlamalar verib.

O, istintaqa verdiyi ifadədə özündən bir yaş böyük bacısını "Allahın tələbi ilə öldürdüyünü" deyib.

Pərvanə deyib ki, onun bədəninə cin girib və ona yuxuda deyilib ki, "bacını öldür, vaxtı yetişib". O, daha sonra böyük bacısını cinsi azlıq olmaqda ittiham edib və qətli buna görə törətdiyini deyib.

Qeyd edək ki, Xətai rayonu Xudu Məmmədov küçəsi 18 ünvanında əslən Şəkidən olan 20 yaşlı Nuriyeva Günel Etibar qızının başını doğma bacısı Pərvanə Nuriyeva kəsib.

Təhsil ilə bağlı paytaxta gələn Günel Nuriyeva həmin ünvanda iki bacısı ilə birgə yaşayırmış. Onların hər ikisinində Konservatoriyada təhsil aldığı deyilir.