Eldar Əzizov AXCP-yə "yox" dedi
24 Oktyabr 2014 08:34 (UTC+04:00)
İsa Qurbanovun AzNews.az-a verdiyi məlumata görə həmin məktubda deyilir: "Bu məsələlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadıgından müvafiq qaydada aidiyyatı təşkilatlara müraciət etməlisiniz".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sumqayıt Şəhər Şöbəsinin rəsmisi bu qeyri-müəyyən cavabdan sonra özünün Facebook səhifəsində belə bir status yazıb:
"Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edirəm: "Əgər sizin səlahiyyətiniz yoxdursa, onda İctimai siyasi və humanitar məsələlər şöbəsini niyə saxlayırsınız?".
Qeyd edək ki, AXCP üzvü İ.Qurbanov konfrans keçirmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib.

Bahar RÜSTƏMLİ
AzNews.az