Nazirlər Kabinetindən taxıl qərarı

20 Sentyabr 2012 08:41 (UTC+04:00)
Nazirlər Kabineti Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında qərar qəbul edib. Nazirlər Kabinetindən AzNews.az-a verilən məlumata görə, "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 2.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Taxıl Fonduna taxılın tədarükü 500 (beş yüz) min ton həcmində müəyyən edib. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qərarla bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Ədil
AzNews.az