Havadan pis xəbər

24 Oktyabr 2014 12:01 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-13, günün birinci yarısında 16-21, axşama doğru 8-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq yağıntıların intensivləşəcəyi, gecəyə doğru bəzi dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, axşam bəzi Kür vadisi rayonlarında küləyin arabir güclənəcəyi gözlənilir.

Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq. Rayonlarda havanın temperaturunun enməsi əsasən oktyabrın 26 və 27-də müşahidə ediləcək.