Mif və reallıq

20 Sentyabr 2012 09:42 (UTC+04:00)

Əvvəli burada

AzNews.az 1985-ci ildə ABŞ-da Türk-amerika assosiyasiyası assambleyası tərəfindən nəşr edilən "Erməni genosidi. Mif və reallıq" kitabını dilimizə tərcümə edərək, sizə təqdim edir. Günümüzün acı reallığından biri də Ermənistan dövlətinin terroru dəstəkləməsi və həyata keçirilməsində bilavasitə iştirak etməsidir. 

Xüsusilə son günlər Ramil Səfərovun Macarıstandan ölkəmizə ekstradisiyası və Prezident İlham Əliyev tərəfindən əhv edilərək, azadlığa qovuşmasından sonra Azərbaycana və vətəndaşlarımıza qarşı aqressiv olan erməni terror təşkilatlarının hədələri ilə üz-üzə qaldığımız bir ərəfədə tarixi faktlar baxımından bu kitab olduqca böyük əhəmiyyət kəsb edir.

Kitabda ilk növbədə hamıya məlum olmayan dərc edilmiş faktlar, sənədlər, rəsmi vəzifəli şəxslərin siyahısı, Amerika Birləşmiş Ştatlarının konqresinin stenoqramları, publisistlərin, demoqrafların, tarixçilərin, diplomatların məqalələri əsasında Osmanlı imperiyasında "erməni genosidi" kimi adlandırılan mif ifşa edilir. İlk növbədə erməni terrorizmi – onun əsası, dünyanın müxtəlif ölkələrində hər növ təşkilat və narkotik ticarəti ilə əlaqəsi, onun agentlik şəbəkəsi və törətdiyi cinayətlərin xronologiyası geniş şəkildə və sənədlər əsasında nəzərdən keçirilir. Bu beynəlxalq təhlükəsizlik xidməti üçün ciddi məsələ olub. Kitab mütəxəsislər, o cümlədən, geniş oxucu kütləsi üçündür.

ÇIXARIŞ 1

Türkiyəyə əleyhinə aparılan erməni terror kampaniyası başlayandan bu yana 11 il ərzində 41 türk diplomatı, onların ailə üzvləri və digər günahsız insanlar qətlə yetirilmişdir. Görünür, bu cinayətləri həyata keçirən əsas qüvvələrdən biri - "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu"nun (ASALA) kifayət qədər aydın, uzunmüddətli hədəfləri vardır, baxmayaraq ki, burada yer alan fraksiyalar bəzən bu hədəflərə dümanlı görkəm verir.

Onun əsas fraksiyası Türkiyənin şərqi əyalətlərini "azad edib", onları Sovet İttifaqına birləşdirmək niyyəti güdür. Bu ASALA-nın rəsmi jurnalının redaksiya məqaləsində aydın və qərəzkar bir tərzdəifadə olunmuşdur: "Bizim qüvvələrimiz heç vaxt artıq azad olmuş Erməni Sovet Sosialist Respublikasına qarşı çıxış etməyib"".

Türkiyənin şərqindəki NATO bazaları –məhz ASALA-nın "azad" etmək istədiyi bölgə – Yaxın Şərqə sovet hücumundan müdafiə üçün ən vacib bölgədir. 70-ci illərdə NATO-nun cənub cinahının istinadgahını destabilizə etmək üçün Sovetlər Bolqarıstan vasitəsilə müxtəlif solçu və sağçı türk terrorçularına milyard dollardan çox məbləğ dəyərində silah ötürmüşdür. Türklər buna hərbi vəziyyəti elan etməklə cavab verdilər və hazırda mövcud olan demokratik məcraya qayıtmaq üçün lazımi tədbirlər gördülər. Ancaq Sovetlərin Türkiyəni öz müttəfiqlərindən və NATO-dan təcrid etmək kampaniyasından imtina etdiyini düşünmək üçün heç bir əsas yoxdur.

ÇIXARIŞ 2

Türkiyə – Şərq və Qərb arasında körpü rolunu oynayan ölkədir… Dünyanın ən strateji bölgələrindən birində yerləşən və Bosfor və Dardanel vasitəsilə Qara və Şərqi Aralıq dənizinə çıxışa nəzarət edən Türkiyə Amerika Birləşmiş Ştatları üçün xüsusi əhəmiyyət kəsb edir. Türkiyə tamamilə Amerikaya meylli ölkədir və Koreyada bizimlə birgə döyüşmək üçün öz ordusunu göndərmiş azsaylı ölkələrin sırasındadır. Türkiyənin NATO-da öz üzərinə müdafiə missiyasını götürməsi ABŞ-ın təhlükəsizliyi və bu təşkilat üçün son dərəcə əhəmiyyətlidir.

ÇIXARIŞ 3

...Ən təhlükəli və bununla belə diqqətə alınmayan terror hərəkatlarından biri – "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" formal olaraq bəyan etmişdir ki, onun strateji hədəfi Türkiyənin şərq hissəsi üzərində nəzarəti ələ keçirmək, necə deyərlər, onu türk idarəçiliyindən "azad etmək" və Ermənistan Sovet Sosialist Respublikası ilə birləşdirməkdən ibarətdir. Dünyanın bu bölgəsi NATO-nun cənub sinahı və Şərqi Aralıq dənizi hövzəsi üçün son dərəcədə vacib əhəmiyyətə malikdir. O, Misir, İsrail və Yaxın Şərqin digər bölgələri üçün də kritik əhəmiyyət daşıyır.

Gizli Erməni Ordusunun fəaliyyətinin bilavasitə Moskva tərəfindən yönləndirilib-yönləndirilməməsindən asılı olmayaraq, bu ordu yaxşı hazırlıqlıdır və günahsız vətəndaşların amansız qatilidir. O Türkiyənin müttəfiqi olan dövlətləri və qanuna tabe olan erməni cəmiyyətlərini təhdid edir. Əgər o öz məqsədlərinə çatsaydı, bu birbaşa Sovet İttifaqının ekspansiyasına gətirib çıxarardı. Bu təşkilatın fəaliyyəti Qərbdə terrorçuluqla bağlı aparılan dlebatlarda tez-tez səslənən bəzi iddiaların gerçəklikdən nə qədər uzaq olduğunu digər terror hərəkatlarından daha yaxşı nümayiş etdirir. İstənilən halda, Erməni terror hərəkatının müstəqil surətdə və ya Moskvanın göstərişi ilə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, o uğur qazansa, nəticə eyni olacaqdır.

ÇIXARIŞ 4

Yeni tələblərin nədən ibarət olması haqqında Sovet hökumətinə ünvanlanmış suala cavab olaraq Türkiyə hökumətinə bildirilmişdir ki, Qars və Ardahanın qaytarılması yaxşı olardı və Sovet hökuməti Dardaneldəki hərbi bazalar haqqında məsələni müzakirə etmək istərdi.

ÇIXARIŞ 5

Erməni İnqilab Federasiyası inqilab və sosialist partiyası olaraq hər yerdə və bütün vasitələrlə erməni millətinin ümumi maraqlarını müdafiə edir.
Demokratik və sosialist rejimli birləşmiş, müstəqil və azad vətən yaratmaq niyyəti ilə və mövcud erməni milli reallıqlarını nəzərə alaraq Erməni İnqilab Federasiyası aşağıdakı siyasi məqsədlərini bəyan edir:birləşdirilmiş və azad Ermənistanın yaradılması;
sosialist və demokratik müstəqil respublikanın yaradılması;

Naxçıvan, Axalkalaki və Qarabağ bölgələri də daxil olmaqla, Sevr müqaviləsində müəyyən olunmuş erməni əraziləri birləşmiş Ermənistanın tərkibinə qatılmalıdır;
dağılmış erməni əhalisinin repatriasiyası və bütün erməni xalqının müstəqil milli ərazilərdə toplanması;

Türkiyənin erməni xalqına qarşı törətdiyi (indiyə kimi cəzasız qalmış) cinayətkar soyqırımın qınanması və təzminatın ödənməsi; işğal olunmuş ərazilərin qaytarılması və erməni xalqına ədalətli kompensasiya borcunun ödənilməsi;
gizli səsvermə və proporsional seçki əsasında ümumi, bilavasitə və bərabər seçki hüququ prinsipi ilə seçilmiş Təsis toplantısında Ermənistan Respublikasının Əsas qanunlarının əsaslı surətdə işlənib hazırlanması.
EİF-nın siyasi proqramı

ÇIXARIŞ 6

Qara dənizdən Aralıq dənizinə və Balkanlardan Fars körfəzinə qədər bütün təbii yerüstü, dəniz və hava yolları Türkiyədən və əksər hallarda bu və ya digər vasitələrlə – Boğazların yerləşdiyi ərazilərdən keçir. Türkiyə boğazları, şübhəsiz ki, bəşəriyyətin ən əhəmiyyətli kəsişən yollarından biridir. Bosfor və Dardanel boğazları əsasən dəniz nəqliyyatı üçün dəniz yolları kimi xidmət göstərir, amma onların strateji əhəmiyyəti ilkin təbii vəzifələrindən çox üstündür. Son iki əsr yarım ərzində bu bölgələrə nəzarət etmək istəyi böyük Avropa dövlətləri arasında dəfələrlə nifaqa səbəb olmuşdur. Təhlükəli Şərq məsələsi aşağıdakı kimi xülasə edilə bilər: zəifləmiş Osmanlı imperiyasının əvəzinə Konstantinopol və Boğazlara hansı dövlət sahiblik edəcək?
Aralıq dənizi Avropanın yalnız ən zəif yeri deyil: 1967-ci ildə Süveyş kanalı bağlanana qədər Avropaya nəql olunan neftin böyük hissəsi bu sular üzərindən daşınırdı. Fransa kimi Yunanıstan və İtaliya da Aralıq dənizi ölkələridir və onların təhlükəsizliyi Aralıq dənizinə nəzarət məsələsi ilə sıx əlaqəlidir. Buna görə də, NATO-nun Avropa üzvləri NATO-nun bu cənub-şərq istehkamının itiriləcəyi təqdirdə meydana çıxacaq reallıqları ciddi nəzərə almalıdırlar, əks halda rus qüvvələri hüdudsuz imkanları olan Boğazlara hakim ola bilər.

Yaxın Şərqin Rusiyanın xeyrinə tamamilə itirilməsi Avropanı əsas neft mənbələrindən məhrum edə bilər; belə halda onun Afrika qitəsi boyu daşınması əlverişsiz ola bilər. Öz mövqelərini Aralıq dənizi boyunca gücləndirmək və son dərəcə böyük əhəmiyyət kəsb edən bu bölgədə qüvvələr tarazlığının pozulmasına müqavimət göstərmək məsələsi, əsasən, NATO-nun Avropa üzvlərini maraqlandırmalıdır. Türkiyənin müdafiəsi və Boğazlara nəzarətin ərazi sahibinin etibarlı əllərində saxlanılması Avropa müdafiəsinin əsas elementdir. Bu fakt ABŞ, Britaniya və Fransanın Osmanlı imperiyasını Şimaldan gələn təhlükələrdən qorumağa hazır olduqları vaxtlardan bu yana, əsrlərlə etiraf olunmuşdur. Bu siyasətin düzgünlüyünü elə indi də etiraf etmək lazım gəlir: Avropanın özünün birinci dərəcəli vəzifəsi Avropanın Aralıq dənizi hövzəsinin müdafiəsi ilə bağlıdır. Bütün səyləri və riski öz yardım əlini Atlantikanın o tayından uzadan dövlətin öz üzərinə götürməsini gözləmək lazım deyil.

Hindçindəki ağrılı hadisələr bütün dünyada Amerika təsirinə yenidən baxılması zərurətini ortaya qoydu. Birləşmiş Ştatların Qərbi Avropaya təsirini (Ikinci dünya müharibəsindən sonra faciəli şəkildə Sovet hökmranlığının tapdağı altına düşmüş Şərqi Avropa və Mərkəzi Avropanın bir hissəsi istisna olamaqla) inkar edən az adam tapılar. Şimal və cənub cinahlarının təhlükəsizliyi təmin olunmayınca Qərbi Avropa özü-özünü müdafiə edə bilməz. Hitler Avropanın şimali cinahını ələ keçirməklə və Aralıq dənizinə nəzarəti öz əlində saxlamağa çalışmaqla bunun əksini həyata keçirmişdi. 1942- 1943-cü illərdə Amerika və Britaniya ordusunun Aralıq dənizi bölgəsini istila etməsi Qərbi və Mərkəzi Avropaya cənub yolları açdı və bununla da oxun ("Berlin – Roma – Tokyo". – Red.) məğlubiyyətini şərtləndirmiş oldu.

Ardı var

AzNews.az