Səfər Əbiyevin komandanlığı ilə hərbi təlimlər başladı

20 Sentyabr 2012 10:02 (UTC+04:00)


Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələri növbəti genişmiqyaslı hərbi təlimlər keçirir.

Təlimlərə bütün qoşun növləri - Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti cəlb olunub. Təlimlər müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilir.

AzNews.az